Türkiyə sərnişin təyyarəsi məcburi eniş etdi
04:17 31 İyul 2015
Türk Hava Yolları"na (THY) məxsus təyyarə Varşavanın Frederik Şopen adına Beynəlxalq Hava Limanına məcburi eniş edib, sərnişinlər təcili surətdə aeroport binasına təxliyə edilib.
Femida.az xəbər verir ki, bu barədə Frederik Şopen adına Beynəlxalq Hava Limanının mətbuat xidmətinin rəhbəri Pşemıslav Pşıbılski məlumat verib.
"Aeroport əməkdaşları 360 nəfəri təxliyə edib. Bütün sərnişinlər artıq hava limanının binasındadır. Hazırda təyyarədə yoxlamalar aparılır", - P.Pşıbılski deyib.
Qeyd edək ki, İstanbul-San-Fransisko reysini həyata keçirən Türkiyəyə məxsus təyyarə Polşa paytaxtına məcburi eniş edib. Yerli KİV-lər buna səbəb kimi təyyarədə şübhəli əşyanın olması haqqında məlumatın yayılmasını qeyd ediblər.
Oxunub: 952
Oxşar xəbərlər
- Türkiyədə fövqəladə vəziyyət rejimi yenidən uzadılacaq
- Türkiyə ordusu 6 terrorçunu məhv edib
- Türkiyədə terror təhlükəsi - 20 nəfər saxlanıldı
- Türkiyə və Rusiya arasında saziş imzalandı
- Türkiyədə kağız fabriki yanır
- Türkiyədəki partlayışın səbəbi bilindi - Yeniləndi
- Türkiyədə avtobus qəzası - 18 şagird yaralanıb
- Türkiyədə fövqəladə vəziyyət ləğv edilir - TARİX
- Türkiyə ordusu 3 şəhid verdi
- Türkiyə SQ-in Baş Qərargah rəisi: Azərbaycana minnətdaram