Qohumları Emin Millidən imtina etdilər - SİYAHI


14:17     31 İyul 2015 images-cms-image-000011369.jpg

Meydan TV-nin direktoru Emin Millinin qohumları Teref.info saytına müraciət edərək, Emin Millini xəyanətdə suçlayıblar.


Onlar prezidentə müraciət edərək, Emin Millininin anti-Azərbaycan siyasətini dəstəkləmədiklərini və onu Azərbaycana xəyanət etdiyinə görə qohumluqdan çıxardıqlarını bəyan edirlər.

Bəyanatda deyilir:

Azərbaycan Respublikasının Prezidenti
zatı - aliləri, cənab İlham Heydər oğlu Əliyevə
Neftçala şəhər sakini, H.Əliyev prospekti 112 - də yaşayan vətəndaş Abdullayev Ağabəy Yusif oğlundan

B Ə Y A N A T

Hörmətli cənab Prezident,

Müstəqil, demokratik Azərbaycan Respublikası vətəndaşı, Yeni Azərbaycan partiyasının üzvü olan bir şəxs kimi barəsində qeyd etmək istədiyim Bakı şəhər sakini, qohumum ( əgər qohum demək mümkündürsə ) Abdullayev Emin Paşa oğlu ( Emin Milli ) bugün güclü sosial siyasətə və iqtisadiyyata malik olan respublikamızın böyük uğurlarına , inkişaf və tərəqqisinə , xarici ölkələrə inteqrasiyasına şübhə ilə yanaşaraq, kənar xarici təsirlərə düşüb mənfur fikirlərə malik olmaqla öz çirkin yazıları və çıxışları ilə özünü “ qəhraman ” kimi qələmə vermək istəyir. Biz qohum olaraq, həm mən , həm ailəm, ümumiyyətlə bütün yaxın qohumlar bu çirkin əməl sahibinə pis işlərdən uzaq olması üçün ona qarşı haqq səsimizi ucaltmış, düzgün mövqe tutmasını dəfələrlə tövsiyyə etmişik. İradəsində asılı olmayaraq əqidəsini dəyişən bu şəxsin bizlərə cavabı bir olub.

"Düşünürəm ki, mən düzgün mövqedəyəm. Məni birdəfəlik unudun". Barəsində söhbət açdığımız şəxs unudur ki, Azərbaycanda demokratiyanın hüdudları genişdir. O, xalqımızın milli mentalitetinə, dövrün tələbinə uyğun olaraq sürətlə inkişaf edir. Qanunu, başqasının haqqını pozanları dövlət cəzalandırır. Abdullayev Emin Paşa oğlu ( Emin Milli ) isə gücün, qanunun , dövlətin tərəfində olmasını şübhə altına almaq istəyir. Törətdiyi çirkin əməlləri ilə cəmiyyətə ayrı-seçkilik salmaq istəyən bu şəxs düzgün fikir altında müstəqil Azərbaycan torpağında – azad bir məmləkətdə nəinki sakit yaşamaq istəyir. Görünür ki, xarici ölkələrdə ailəsiz , qohumsuz,dinsiz, dilsiz, mentalitetsiz yaşamağı daha üstün tutur.

Hörmətli cənab Prezident!
Ən yaxşı fərd özündən çox mənsub olduğu cəmiyyəti düşünən , onun varlığı və xoşbəxtliyi üçün həyatını verən insandır. Qanunlarımızın doğru-düzgün tətbiq edildiyi bir cəmiyyətdə yaşamaq üçün bir vətəndaş kimi ölkəmizin daxili və xarici siyasət kursunu həmişə birmənalı olaraq dəstəkləyir və dəstəkləməkdə davam edəcəyik.

Azərbaycan Respublikasının Konstitusiyası qanunlarına tabe olmayan bu şəxsin pis əməllərinə biz qohumlar aşağıda imza edərək öz etirazımızı bildiririk:

İmza:
1. Abdullayev Ağayev Yusif oğlu.( Əmisi oğlu)
2. Abdullayeva Aygün Aydın qızı ( Əmisi gəlini)
3. Abdullayeva Zülfiyyə Məmməd qızı ( əmisi gəlini)
4. Abdullayeva Təranə İldırım qızı ( əmisi qızı )
5. Abdullayeva Lalə İldırım qızı ( əmisi qızı )
6. Abdullayeva Şövkət Xanmirzə qızı ( əmisinin həyat yoldaşı)
7. Kərimov Kərim Yusif oğlu ( bibisi oğlu )
8. Kərimov Yoğrul Yusif oğlu ( bibisi oğlu)
9. Mehdiyeva Zəminə İldırım qızı (əmisi qızı)
10. Əzizova Səlimə Ağabəy qızı ( bibisi)
11. Abdullayeva Seyidxanım Mircavad qızı ( əmisinin həyat yoldaşı)
12. Kərimova Könül Yusif qızı ( bibisi qızı)
13. Zeynalova Nahidə Yusif qızı ( bibisi qızı)
14. Əhmədova Züleyxa Yusif qızı ( bibisi qızı)
15. Rzayeva Cəvahir Məmmədhəsən qızı
16. Kərimova Püstəxanım Ağabəy qızı
17. Mikayılov Allahverdi Əvəz oğlu
18. Mikayılova Gülşən Hidayət qızı
19. Əliyev Əliməmməd Hidayət oğlu ( bibisi oğlu)
20. Əliyeva Nərminə Hidayət qızı ( bibisi qızı)
21. Yusubova Natavan Yusif qızı ( əmisi qızı)
22. Ramazanova Aminə Yusif qızı ( əmisi qızı)
23. Abdullayev Polad İldırım oğlu ( əmisi oğlu)

Açar sözlər:

Oxunub: 1839