Pizzada qurd axtaran aparıcı - Günay Arda yazır


19:42     06 Fevral 2017 gunay_arda_234566.jpg

Yaxınlarınızla və ya təkbaşına restoranda oturmusunuz. Yemək sifariş vermisiniz. Yaxud da sifarişiniz artıq gəlib. İçəri qəfil keçəl, uzun müddət yeməkdən və qadından uzaq olduğu sezilən, sual işarəsinə oxşayan biri girir. Adamın yediyi pizzanın kolbasaları gözündə lyambliyaya dönür.


Femida.az Milli.az-a istinadən jurnalist Günay Ardanın yazsını təqdim edir:

Bu anda nə baş verir? İstehlakçı hüquqlarının pozulması. Belə halda nə etmək lazımdır? Məhkəməyə müraciət etmək.

Çoxunuz ATV-nin ad çıxaran "Yoxlama" proqramını görmüsünüz. Belə proqramların məqsədinin nə olduğunu təxminləmək üçün televiziya mütəxəssisi olmaq vacib deyil. Primitiv çəkiliş qaydalarını bilməyən aparıcı obyektlərə hücum edir. Əvvəlcədən özü ilə bir ordu qoruma götürür. İki nəfər bayırda, doqquz nəfər isə içəridə adama içəri hücum etməyə kömək edir. Ən gülməlisi də odur ki, etdiyi qanunsuzluğu qanunlarla əsaslandırmağa çalışır.

Öz işi ilə yanaşı qanunlardan da xəbəri olmayan, "Ala, əlivi çək" kimi leksikonla efirə çıxan aparıcıya ad günündə qanunlar toplusu hədiyyə edək. Oxusun və öyrənsin ki, biznes sektorunun işini çətinləşdirmək, iqtisadi vəziyyəti bilərəkdən pisləşdirmək olmaz. Bu, Azərbaycan dövlətinin qoyduğu qanun və qaydalarının əleyhinədir. Mən əminəm ki, aparıcı qanunlarla bağlı gərəkli kitabları oxumayıb.

Bu yaxınlarda həbs edilən Tərəqqi TV adlı reketlərdən fərqli olmaq lazımdır.

Ona qısa bir xatırlatma edirik:

20.1. Yoxlama başlamazdan əvvəl yoxlayıcı xidməti vəsiqəsini, yoxlamanın aparılması haqqında qərarın surətini və yoxlamanın yoxlamaların vahid məlumat reyestrində qeydiyyata alınması barədə çıxarışı sahibkara və ya onun səlahiyyətli nümayəndəsinə təqdim edir, yoxlamanın hüquqi əsasları, predmeti, müddəti, yoxlama zamanı tərəflərin hüquq və vəzifələri haqqında məlumat verir.

20.5. Yoxlama yalnız sahibkarın iş vaxtında və iş günlərində sahibkarın yerləşdiyi və ya faktiki fəaliyyət göstərdiyi ünvanda (yoxlamanın aparıldığı ünvan yoxlamanın aparılması haqqında qərarda və yoxlamaların vahid məlumat reyestrindən çıxarışda göstərilir) aparılır. Yoxlama tədbirləri sahibkarın normal iş rejimini pozmamalıdır.

20.10. Foto, audio və video materiallar, kompyuter məlumatı və digər məlumat daşıyıcıları yoxlamanın materiallarına əlavə edilir və saxlama müddəti ərzində saxlanılır. Foto, audio və video materiallar sahibkarın yazılı razılığı olmadan kütləvi informasiya vasitələrinə təqdim edilə bilməz.


Aparıcı qanunsuzluğu yenə də qanunlarla əsaslandırmağa çalışır. Deyir ki, istehlakçıların hüquqlarını müdafiə edir. İstehlakçıların hüquqlarını yalnız məhkəmə orqanları təmin edə bilər.

Aparıcı proqramda daha bir qanunsuzluğuna qanunla əsas gətirir: onun məlumat almaq hüququ var imiş... KİV məlumat almaq üçün konkret obyektlərə konkret formada əvvəlcədən müraciət etməlidir.

Bu proqram təkcə istehlakçıların yox, tamaşaçıların da hüquqlarını pozur. Efirdən "Ala, əlivi çək" kimi küçə ləhçəsini eşitmək insanı yeməkdən də, televiziyadan da qaçırdır. Tualeti incik olduğu obyektin mətbəxi kimi təqdim etmək üçün insan gərək xeyli pizza yesin yəqin....

Azər İsmayılovu aparıcı kimi yox, daha çox boşandığı Vüsalə Əlizadədən müsahibələrində qırdığı qeybətlərdən, məhkəmə icraatında olan, ödəmədiyi aliment məsələsindən xatırlayıram. Alimenti ödəməməyini işsiz olması ilə, anasının hesabına yaşamağı ilə əsaslandırmışdı. Kaş ki, belə olaydı. Tamaşaçı da dincələrdi, biznes sektor da...

Reportaj hazırlamaq, proqram aparmaq qadından qeybət qırmaq qədər asan deyil.

Redaktoru olduğum Femida.az hüquq yüklü xəbər saytının müxbiri Miri Məcidlinin 24 yaşı var. Ötən il tariximizə fəxrlə yazdığımız aprel döyüşləri zamanı ilk gündən Tərtər və Ağdamda çəkiliş edən yeganə jurnalistdir. Miri Məcidli cəbhə bölgəsinə gedəndə özü ilə kiçik bir kamera, jurnalist bacarığı və ürək dolusu vətən sevgisi aparmışdı. Özü ilə onu çəksin deyə operator götürməmişdi, qoruması, təhlükəsizlik jileti də yox idi. Çəkiliş müddətində müxbirimiz dəfələrlə ölüm təhlükəsi ilə üz-üzə qaldı. Düşmənlə çox qısa məsafədə, güllələrin yağış kimi yağdığı ərazidə günlərlə çəkiliş apardı. Səssiz-küysüz faktları redaksiyaya çatdırdı. İnformasiya çirkliliyinin, təcrübəsiz və savadsız media ünsürlərinin yalan xəbər yaymağının qarşısını aldı. "Yoxlama" proqramının kollektivinə belə süjetlərə baxıb öyrənməyi tövsiyə edirik.

P.S: Bütün pizzalar qurdlu deyil, bütün jurnalistlər də jurnalist...

Günay Arda

Açar sözlər:

Oxunub: 11112


Oxşar xəbərlər