Zakir Həsənov Moskvaya gedib


22:45     31 İyul 2015 uSXEBc1sQxhpWDpKhL.jpg

İyulun 31-də Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənov Rusiya Federasiyasının paytaxtı Moskva şəhərinə səfərə gedib.


Bu barədə Femida.az - a Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Müdafiə naziri avqustun 1-də beynəlxalq hərbi oyunların təntənəli açılış mərasimində iştirak edəcək. Səfər çərçivəsində general-polkovnik Z.Həsənovun Rusiyanın müdafiə naziri ordu generalı Sergey Şoyqu ilə görüşü də planlaşdırılır.

Açar sözlər:

Oxunub: 1112