Evlər bahalaşacaq – AÇIQLAMA


20:40     24 Aprel 2015 samir.jpg

“İpoteka kreditlərinin həcminin artması mənzil bazarında bahalaşmaya səbəb olacaq”.

Bunu Femida.az-a iqtisadçı Samir Əliyev deyib.

“Hazırki vəziyyətdə ipoteka kreditləri bazarının həcmi çox təəssüf ki, tələbatı tam ödəyə bilmir. Təsəvvür edin ki, İpoteka Fondu fəaliyyət göstərəndən bəri sadəcə 16 min insan ipoteka kreditindən yararlanıb. Hər il orta hesabla 70 min yeni ailə qurulursa, 2000-2500 çox kiçik rəqəmdir. Hesablamalarımıza görə, il ərzində 30-40 min yeni evə tələbat yaranır. Eyni zamanda əvvəlki tələbatlar da var. İnsanlar var ki, illərlə evsiz qalırlar.

Biz də öz növbəmizdə təklif etmişdik ki, ipoteka məbləği artırılsın. 50 milyon çox azdır. Eyni zamanda şərtlərin yüngülləşdirilməsinə də ehtiyac var. Bunlardan da ən əsas ilkin ödənişin aradan götürülməsidir”.

Ekspert ipoteka kreditlərinin həcminin artırılması ilə bağlı yeni qərarın bazara təsirindən danışıb:
“ Bu qərar evlərin bahalaşmasına səbəb olar bilər və ilk dəfə deyil. 2015-ci ildə də dünyada böhran olanda, neft dəyərdən düşəndə, Azərbaycanda mənzil bazarı çökmüşdü. Onda hökümət ləğv elədiyi ipoteka kreditini bərpa elədir. Bununla da mənzil bazarını canlandırdı. Mən bu qərarı da bazarı canlandırmaq üçün atılan addım hesab edirəm. Hökümətin də ayrı-ayrı məmurları evlərin qiymətinin düşməsində maraqlı deyillər”

“Lakin əgər addım atılmayacaqsa, qərar sadəcə bəyanat olaraq qalacaqsa, bunun ömrü çox qısa olacaq. İqtisadiyyatda başqa amillər də baş verməsə, məsələn, neftin qiyməti qalxmasa, düşünürəm ki, evlərin qiymətinin ucuzlaşması baş verərək”,-iqtisadçı əlavə edib.

Xatırladaq ki, ötən gün maliyyə naziri Samir Şərifov brifinqdə ipoteka kreditləşməsinin həcminin artırılacağını bəyan edib: “Hesab edirəm ki, Azərbaycan Mərkəzi Bankı bazarın fəallaşması üçün əlavə vəsaitlər təqdim edəcək və ehtiyac yaranarsa, hökumət əlavə dövlət təminatı verəcək".

S.Şərifovun fikrincə, ipoteka kreditləşməsi sahəsində dəyişiklik bazarın likvidliyinin artımından başqa, yerli tikinti materialları istehsalçılarına da dəstək olacaq.

Aysel HƏSƏNOVA
Femida.az

Açar sözlər:

Oxunub: 990