Sabah hava necə olacaq?


21:48     01 Avqust 2015 241202_428883.jpg

Avqustun 2-də Bakı və Abşeron yarımadasında hava şəraitinin günəşli olacağı gözlənilir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamenti Hidrometeoroloji Proqnozlar Bürosundan Femida.az-a verilən məlumata görə, gündüz cənub-şərq küləyi axşam şimal-qərb küləyi ilə əvəz olunacaq.

Havanın temperaturu gecə 24-27, gündüz 35-40 dərəcə isti olacaq.

Abşeron çimərliklərində dəniz suyunun temperaturu 28-30 dərəcə isti təşkil edəcək.

Sabah Azərbaycanın rayonlarında hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. Şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 21-26, gündüz 35-40, bəzi yerlərdə 42 dərəcə, dağlarda gecə 18-23, gündüz 30-35 dərəcə isti olacaq.

Açar sözlər:

Oxunub: 742