Tanınmış aktrisamız vəfat etdi - FOTO


00:15     13 Fevral 2017 kubra%20dadaova.jpg

Gənc Tamaşaçılar Teatrının aktrisası, əməkdar artist Kubra Dadaşova dünyasını dəyişib.


Femida.az bu barədə Milli.Az-a istinadən xəbər verir.

Xəbəri aktrisanın yaxınları da təsdiqləyib.

Onun şəkər xəstəliyindən əziyyət çəkdiyi bildirilir. Əməkdar artist K.Dadaşova sabah dəfn olunacaq.

Kübra Dadaşova 31 avqust 1957-ci ildə doğulub. 1985-ci ildə Azərbaycan Dövlət İncəsənət İnstitutunun mədəni-maarif fakültəsini bitirib. O, yaradıcılıq fəaliyyətinə 1982-ci ildə Azərbaycan Dövlət Gənc Tamaşaçılar teatrında başlayıb . 16 may 2006-cı ildən Azərbaycan Respublikasının Əməkdar Artisti fəxri adı ilə təltif olunub.

Allah rəhmət etsin!

Femida.az

Açar sözlər:

Oxunub: 10997