Ərdoğan Ümrə ziyarətinə gedib – FOTO


02:00     17 Fevral 2017 e5.jpg

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Ümrə ziyarətinə gedib. İslam dünyasının müqəddəs ziyarətgahı olan Məkkədə əl-Haram Məscidində olub.


Ərdoğan və onu müşayiət edən heyət gecə saatlarında qadağan edilmiş məsciddə olub, əvvəlcə Kəbə ətrafında dövrə ediblər, sonra Səfa və Merv təpələrinə ziyarətə gedib.

Femida.az xəbər verir ki, bu barədə “Anadolu” məlumat yayıb.

Türkiyə prezidenti Kiçik Həcc ziyarətinə həyat yoldaşı Əminə Ərdoğanın, Türkiyə SQ-nin Baş qərargahının rəhbəri Hulusi Akarın, iqtisadiyyat naziri Nihat Zeybekci, XİN rəhbəri Mövlud Çavuşoğlu, energetika və təbii resurslar naziri Berat Albayrağın və Milli İstintaq Təşkilatının rəhbəri Hakan Fidanın müşayiəti ilə gedib.

Bu ərəfədə Ərdoğan Qətərə rəsmi səfərini başa vuraraq Səudiyyə Ərəbistanın Mədinə şəhərinə gəlib.




Açar sözlər:

Oxunub: 1642