“Dəmir mayor” filmi təqdim olundu


19:23     18 Fevral 2017 14874048866104045099_1000x669.jpeg

Nizami Kino Mərkəzində Xocalı faciəsinin 25-ci ildönümü ilə bağlı Azərbaycanın Milli Qəhrəmanı Vəzir Sədiyev haqqında çəkilmiş “Dəmir mayor” sənədli filminin nümayişi keçirilib.



Mərkəzin mətbuat xidmətindən Femida.az -a bildirilib ki, nümayişdən əvvəl çıxış edən filmin rejissoru Zamin Məmmədov, ssenari müəllifi Vüqar Əsgərov ekran əsərinin ərsəyə gəlməsindən danışıblar.

Milli Qəhrəmanın ailə üzvləri Vəzir Sədiyev haqqında xatirələrini bölüşüb, onun necə vətənpərvər və peşəkar hərbçi olduğundan söz açıblar.

Çıxış edənlər, həmçinin bu mövzuda olan filmlərin gənc nəslə örnək olduğunu və onların vətənpərvərlik ruhunda yetişmələrində böyük rol oynadığını vurğulayıblar.

Qeyd edək ki, tədbirdə Bakı Şəhər Mədəniyyət və Turizm Baş İdarəsinin nəzdində olan mədəni tədbirlərin təşkili və yaradıcı gənclərlə iş üzrə mərkəzin əməkdaşları iştirak edib.

Femida.az

Açar sözlər:

Oxunub: 1186