Məsciddən xalçalar oğurlandı - Ağdamda


23:28     20 Fevral 2017 ogurluq%20mekte.jpg

Ağdamda məsciddən oğurluq edilib.


Femida.az -ın APA-ya istinadən xəbərinə görə, hadisə rayonun Xındırıstan kənd məscidində qeydə alınıb. Məscidə pəncərədən daxil olan şəxs və ya şəxslər oradan 10 ədəd xalça, 1 ədəd tozsoran, 3 ədəd ventilyator və 1 ədəd su təmizləyici qurğu oğurlayıblar.

Hadisə yerində Ağdam Rayon Polis Şöbəsinin əməkdaşları baxış keçirib. Faktla bağlı araşdırma başlanıb.

Açar sözlər:

Oxunub: 1756