Müdafiə Nazirliyində kibertəhlükəsizlik mövzusunda konfrans keçirilib


23:45     20 Fevral 2017 720a8df9cb6f904f1a56c3130f1c87cc.jpg

Müdafiə Nazirliyinin Təlim və Tədris Mərkəzində Silahlı Qüvvələrin Hərbi Akademiyasının yaradılmasının 18-ci ildönümünə həsr edilmiş “Müasir təhlükəsizlik sistemində kibertəhlükəsizlik məsələləri” mövzusunda elmi-praktik konfrans keçirilib.



Nazirlikdən Femida.az-a verilən məlumata görə, tədbirdə çıxış edən akademiyanın rəisi general-leytenant Heydər Piriyev hərbi təhsil müəssisəsinin keçdiyi inkişaf yolundan, eləcə də Azərbaycan prezidenti, Ali Baş Komandan İlham Əliyevin hərb sahəsinə göstərdiyi diqqət və qayğıdan danışıb.

Digər çıxış edənlər isə kibertəhlükəsizlik məsələlərinin müasir təhlükəsizlik sistemində mühüm yer tutduğunu və bu məqsədlə bu cür vacib tədbirlərin keçirilməsinin təqdirəlayiq hal olduğunu bildiriblər.

Açar sözlər:

Oxunub: 879