Bakı-Balakən qatarı avtomobili vurdu : 3 yaralı


14:31     03 Avqust 2015 582fbfe1c9a7658e9699dcc4c0b101d1.jpg

Qax rayonu ərazisində qəza hadisəsi baş verib.


Femida.az xəbər verir ki, hadisə Tasmalı kəndi ərazisində dəmiryolu keçidində baş verib. Balakən-Bakı xətti üzrə hərəkət edən sərnişin qatarı Qaxdan Zaqatala istiqamətində hərəkətdə olan Zaqatala rayon sakini 37 yaşlı Siyavuş Mustafayevin idarə etdiyi 62-BF-820 dövlət nömrə nişanlı minik avtomobili ilə toqquşub. Qatarın zərbəsi nəticəsində maşın bir-neçə metr dəmir yolu xəttindən kənara düşüb. Şahidlərinin sözlərinə görə, avtomobil dəmir yolu xəttini keçərkən qatarın xətti keçməsini gözləməyib. Qatar avtomobilə çatana qədər siqnal verib, ancaq maşını vurmaqdan xilas ola bilməyib.

Qəza nəticəsində sürücü ilə yanaşı onun həyat yoldaşı 34 yaşlı Aygül Mustafayeva və onların övladı 12 yaşlı İlkin müxtəlif dərəcəli bədən xəsarətləri ilə Qax rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar. Faktla bağlı araşdırma aparılır.

Qeyd edək ki, həmin ərazidə bu ikinci hadisədir. Əvvəllər də sərnişin avtobusunun qatarla toqquşması nəticəsində ölən və yaralananlar olmuşdu.

Femida.az

Açar sözlər:

Oxunub: 1189