Ziya Bünyadovun ölümündən 20 il keçdi


14:34     21 Fevral 2017 ZiyaBunyad8.jpg

Bu gün Azərbaycanın görkəmli şərqşünas və tarixçisi, Sovet İttifaqı Qəhrəmanı, Dövlət Mükafatı laureatı, əməkdar elm xadimi Ziya Bünyadovun anım günüdür.


Femida.az məlumat verir ki, Azərbaycan xalqının milli mənafelərini qorumaq nöqteyi-nəzərindən və tarixi həqiqəti bugünkü nəsillərə, dünya tarixinə çatdırmaq baxımından misilsiz xidmətlər göstərmiş Z.Bünyadov 1997-ci ilin məhz bu günündə – fevralın 21-də qətlə yetirilib.

Ziya Bünyadov 1923-cü il, dekabrın 21-də Astara şəhərində anadan olmuşdu. Bakı Ali Birləşmiş Komandirlər məktəbində təhsil alıb. II Dünya müharibəsi dövründə vuruşaraq Berlinədək şərəfli döyüş yolu keçib. 1945-ci il, fevralın 27-də ona Sovet İttifaqı Qəhrəmanı adı verilib.

Z.Bünyadov xilafət və Azərbaycanın VII-XIII əsrlər tarixinin tədqiqatçılarından biridir. 1976-cı ildə Elmlər Akademiyasının həqiqi üzvü, 1981-ci ildən Şərqşünaslıq İnstitutunun direktoru, 1990-cı ildə isə Azərbaycan EA-nın vitse-prezidenti seçilmişdi. Azərbaycan Respublikası I çağırış Milli Məclisin (1995-2000) deputatı idi. Z.Bünyadov öz çıxışlarında dəfələrlə həyasız saxtakar erməni tarixçilərin yalançı iddialarını faktlarla ifşa etmişdi. O, 1997-ci il, fevral ayının 21-də işdən çıxıb evinə gedərkən yaşadığı binanın blokunda cinayətkar qrup tərəfindən vəhşicəsinə qətlə yetirilib.

Femida.az

Açar sözlər:

Oxunub: 1802