Rus qızlarını zorlayan, iş adamlarını öldürən erməni cinayətkarlar - VİDEO

Rus qızlarını zorlayan, iş adamlarını öldürən erməni cinayətkarlar - VİDEO


19:43     21 Fevral 2017 ermeni%20cinayetkar.JPG

Ermənistanda kriminal vəziyyətin hökm sürdüyü bir vaxtda ölkə əhalisinin böyük hissəsi kənara qaçmaq məcburiyyətində qalır. Rəsmi statistika göstərir ki, 1 yanvar 2016-cı il üçün Ermənistanın daimi əhalisinin sayı 2 milyon 998 min 600 nəfər təşkil edir. Bu göstərici ötən ilin müvafiq dövrü ilə müqayisədə 12 min nəfər azdır. Ermənistan müstəqillik əldə edəndən sonra isə əhalisinin sayı 634 min 700 nəfər azalıb.



Ermənistandan qaçan əhalinin böyük əksəriyyəti Rusiyaya üz tutur. Femida.az Rusiya Federasiyasında işləyən və yaşayan ermənilərin fəaliyyəti barədə araşdırma aparıb. Məlum olur ki, ermənilərin adları Rusiyada ən qatı və qeyri-insani hərəkətlərlə yetirilmiş cinayətlərdə hallanır. Ermənilərin birbaşa iştiraki ilə son illərdə Rusiyada törədilən dəhşətli cinayət faktlarını təqdim edirik:






1) Bir qrup ermənidən ibarət cinayətkar qrup Rusiyada taksi fəaliyyəti ilə məşğul olan 50-dək sürücünü quldurluq yolu ilə soyduqları üçün tutulublar. Tutulan ermənilərin arasında yeniyetmələr də var.

2) 2014-cü ildə rus iş adamı Anatoliy Larionovun bir qrup erməni tərəfindən xəstəxanada vəhşicəsinə döyülməsi və öldürülməsi Rusiyada böyük səs-küyə səbəb olmuşdu. Hətta məhkəmə prosesində qatillərin yaxınları “ qaçqın” olmalarını əsas gətirərək, məhkəmədən bağışlanmalarını yalvarmışdılar.

3) Rusiyanı qarışdıran daha bir qətl 2015-ci ildə Rusiyanın hərbi hissələrinin birində xidmət edən xüsusi təyinatlının erməni Mixail Qriqoryan tərəfindən öldürülməsi oldu. Bu hadisədən sonra “ Mineral sular” bölgəsində yaşayan ruslar geniş etiraz aksiyası keçirmişdilər.

4) Rusiyada erməni vəhşiliyinə etiraza səbəb olan daha bir qulduqluq isə rus gəncin erməni idmançı tərəfindən təhqir olunması və döyülməsi ilə bağlıdır.

5) 2015-ci ildə Azərbaycan futbolçusu Emil Hüseynovu qətlə yetirən erməni idmançı Tiqran Çiçakyan bir daha ermənilərin necə qaniçən millət olduqlarını ortaya qoydu. O həmyerlimizi xüsusi amansızlıqla qətlə yetirdiyi üçün 9 il müddətinə azadlıqdan məhrum edilib.



Müəllif: Miri Məcidli
Müxbir: Oğuz Altay
Montaj: Bəxtiyar Məmmədov
Femida.az


Açar sözlər: Zorlanma   Erməni   Rus   Qızlar   Femida.az  

Oxunub: 27418