İstilər yenə can aldı
21:10 03 Avqust 2015
Ötən həftə Yaponiyada isti hava şəraiti 6 nəfərin ölümünə səbəb olub.
Femida.az xəbər verir ki, iyun ayından indiyədək təxminən 40 yapon vətəndaşı günvurma nəticəsində dünyasını dəyişib.
NHK televiziya kanalının məlumatına görə, ötən həftəsonu 3 min vətəndaş müvafiq şikayətlərlə xəstəxanalara yerləşdirilib. 18 nəfər isə halsız vəziyyətdə tapılıb. Bildirilir ki, tibbi yardım üçün müraciətlər ən çox Tokio və Osaka şəhərlərindən daxil olur. Bir neçə uşaq da tibbi yardım üçün müraciət edib.
Yaponiyanın Yanğın və Fəlakətlərdən Mühafizə Agentliyindən verilən məlumatda isə təxminən 25 minə yaxın insan oxşar şikayətlərlə xəstəxanalara müraciət etdiyi qeyd olunur.
Uzun müddət davam edəcək isti hava şəraiti ilə əlaqədar olaraq yapon meteoroloqlar vətəndaşlara kondisionerlərdən istifadə etməyi, açıq havada az olmağı və maye qəbul etməyi məsləhət görüb./apa/
Oxunub: 836
Oxşar xəbərlər
- "Bakmil"ə gedənlərin nəzərinə
- Daha bir avtobus qəzası - Piyada öldü
- 14 yaşlı qız itkin düşüb - FOTO
- Özünü dənizə atan gəncin meyiti sudan çıxarıldı
- Nazirliyə 262 minə yaxın müraciət daxil olub
- Azərbaycanlı iş adamından 500 minlik DƏLƏDUZLUQ
- “Qızıl Xaç” Baqdasaryana baş çəkib
- Ərəblərin Qəbələ sevgisi - BƏƏ-dən birbaşa reys açıldı
- Özünü qatarın altına atıb öldürən gəncin FOTOLARI + VİDEO
- Prezident açılışda