Girovluqdan azad edilən 1437 nəfərin 210-u uşaqdır


17:14     24 Fevral 2017 xocali9.jpg

"197 nəfər Xocalı sakini itkin düşmüş kimi qeydiyyatdadır".


Femida.az -ın xəbərinə görə, bunu Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının İşçi Qrupunun rəhbəri İsmayıl Axundov deyib. O bildirib ki, həmin 197 nəfərdən 95-in əsir və girov götürülməsi barədə şahid ifadələri mövcuddur, onların arasında 12 uşaq var.

İ. Axundov qeyd edib ki, Dağlıq Qarabağ münaqişəsi nəticəsində 3868 nəfər azərbaycanlı itkin düşmüş kimi qeydiyyatdadır: "Girovluqdan azad edilmiş 1437 nəfərin arasında 210 uşaq olub. Tərəfimizdən aparılmış araşdırmalar nəticəsində isə 179-dan çox naməlum qəbir aşkarlanıb. Bunlar şəhid məzarlarıdır. Həmin məzarlarda gələcəkdə eksqumasiya aparılacaq".

Açar sözlər:

Oxunub: 4564


Oxşar xəbərlər