15 il sirri açılmayan “iki bacı” cinayəti


15:17     04 Avqust 2015 iki%20bacı.PNG

Antalyada ağaca bağlı, ölü olaraq tapılan iki bacının ölümündən 15 il ötüb, lakin cinayətin üstü hələ açılmayıb.


2000-ci ildə Antalyada 7 yaşındakı Esra və 9 yaşındakı Berivan Aydının meşəlik ərazidə ağaca bağlanmış meyiti tapılmışdı. Üzərindən 15 il ötən cinayətə görə şübhəli qismində 200 adam saxlanılıb, lakin cinayətin üstü açılmadığı üçün hamısı sərbəst buraxılıb. Antalyanın Baraj məhəlləsindəki evindən 3 yanvar 2000-ci il tarixində məktəbə getmək üçün çıxan Berivan və Esra adlı bacıların meyitləri bir həftə sonra meşəlik ərazidə ağaca bağlanmış şəkildə tapılıb. Aparılan tibbi ekspertizanın ardından məlum olur ki, hər iki bacı boğularaq öldürülüb.

Ekspertizanın ardından Berivana cinsi təcavüz edildiyi də məlum olub. 200 nəfər şübhəli şəxs qismində istintaqa cəlb olunsa da, nəticəsi olmayıb... Polis orqanları cinayət işi ilə bağlı 200 nəfər şəxsi dindirib. Bu şəxslərdən alınan qan və tük analizləri laboratoriyalarda yoxlanılıb, lakin nəticə əldə olunmayıb.

Cinayət işi bağlandı...

Esra və Berivan Aydının valideynləri bir il sonra Antalyadan köçürlər. Hadisənin üzərindən 15 il keçməsinə baxmayaraq cinayətin üzərindəki sirr hələ də açlmayıb. Araşdırmalar nəticə verməyincə iki bacının cinayət işi hələ də masa üzərində qalıb.

Ceyhun Əhmədli
Femida.az

Açar sözlər:

Oxunub: 4059