Bakı-Tiflis-Ərzurum qaz kəmərində partlayış


15:21     04 Avqust 2015 kars-ta-dogalgaz-boru-hattinda-patlama-7567436_x_214_o.jpg

Bakı-Tbilisi-Qars-Ərzurum qaz boru xəttin boru xəttinin Qars vilayətindən keçən hissəsində partlayış baş verib.


Femida.az “Anadolu”ya istinadən xəbər verir ki, partlayışla əlaqədar boru xəttində qaz nəqli dayandırılıb.

Qars valisi Günay Özdemirin verdiyi məlumata görə, Bakı-Tiflis-Qars-Ərzurum qaz boru xəttinin Sarıkamış rayonundan keçən hissəsində partlayış baş verib.

Onun sözlərinə görə, partlayışın səbəbi hələlik məlum deyil. Özdemir bildirib ki, mütəxəssislər əraziyə göndərilib. Yanğının meşəyə keçməsinin qarşısı alınıb. Şahidlərin bildirdiyinə görə, partlayışın səsi 20 km uzaqlıqdan eşidilib.

Hadisə ilə bağlı araşdırmalar aparaılır.

Şahverdi şirinli
Femida.az


Açar sözlər:

Oxunub: 1028


Oxşar xəbərlər