Feysbuk intihar etmək istəyənləri dərhal tanıyacaq - YENİLİK


19:36     02 Mart 2017 facebook-fb-sucidal.png

İstifadəçiləri arasında intihara meyilli şəxsləri müəyyənləşdirmək üçün Feysbuk yeni süni zəka vasitələrindən istifadə edəcək.


Femida.az xəbər verir ki, bu barədə şirkət rəsmiləri açıqlama yayıb.

Məlumatda bildirilir ki, istifadəçinin paylaşımlarına, verdiyi şərhlərə baxılaraq onun intihara meyilli olub-olmadığı haqqında ipucları əldə olunacaq. Əgər istifadəçidə intihara meyillilik aşkar olunarsa, onunla canlı video vasitəsilə dərhal əlaqə yaradılacaq.

“İntihar Əleyhinə Beynəlxalq Yardım Mərkəzi və Mesaj Krizis Mərkəzindən yardım alan Feysbuk yeni texnologiya sayəsində peşəkar bir professor intihara meyilli şəxslə dərhal əlaqəsini təşkil edəcək”, - deyə açıqlamada bildirilib.

Qeyd edək ki, yeni texnologiya hələlik ABŞ-da tətbiq ediləcək. Bu il ərzində digər ölkələrdə də tətbiq olunacağı gözlənilir.

Ceyhun Əhmədli
Femida.az

Açar sözlər:

Oxunub: 1996