Evlərdən oğurluq edən şəxslər tutulub


15:39     03 Mart 2017 maskali%20sexsler.jpg

Bakıda evlərdən oğurluq edən şəxslər tutulub.


Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Femida.az-a verilən məlumata görə, oğurluq etməkdə şübhəli bilindiklərinə görə saxlanılan Zaur Süleymanovun və Emin Abıyevin ətrafında Suraxanı 30-cu Polis Bölməsi əməkdaşları tərəfindən aparılan tədbirlərlə onların yanvarın 12-dən fevralın 1-dək olan müddətdə rayon ərazisindəki 6 evdən, 3 avtomobildən və 1 mağazadan pul, akkumulyator, qızıl və məişət əşyaları oğurlamaları da müəyyən edilib.

Bundan başqa Xəzər Rayon Polis İdarəsinin 2-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində bu il yanvarın 29-dan fevralın 1-dək olan müddətdə rayon ərazisindəki 9 evdən pul, qızıl, geyim və məişət əşyaları oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini Rüfət Əliyev tutulub.

Femida.az

Açar sözlər:

Oxunub: 1098