Cəmiyyət sədrindən xalqa müraciət


19:10     04 Avqust 2015 eziz.JPG

Qaçqınlar Cəmiyyətinin sədri Əziz Ələkbərli son dövrlər qaçqın statusunun ləğv olunub-olunmaması ilə bağlı dolaşan şayələrlə bağlı xalqa müraciət edib.


Femida.az həmin müraciəti oxuculara təqdim edir:

Əziz soydaşlar! Bəziləri elə güman edir ki, 1988-1992-ci illərdə Qərbi Azərbaycandan (indiki Ermənistandan) gələn qaçqınların qaçqınlıq statusu ləğv olunub. Maraqlıdır ki, bunu deyənlərin çoxu da məmurlardır. Çünki müxtəlif səbəblərdən bu, onlara sərf edir. Lakin utandırıcıdır ki, dövlət xidmətçisi olan məmurlar bəzən dövlət qanunlarından və dövlət başçısının fərmanlarından xəbərsizdirlər. Biz qaçqınların statusunu təsbit edən bəzi sənədləri (qaçqınların statusu ilə bağlı Qanun, Azərbaycan vətəndaşlığı haqqında Qanun…) saytımız vasitəsilə sizin nəzərinizə çatdırmışıq. Daha bir sənədi diqqətinizə çatdırırıq. Bu, “Erməni millətçilərinin apardığı etnik təmizləmə nəticəsində Ermənistan ərazisindəki öz tarixi torpaqlarından didərgin salınmış azərbaycanlıların məskunlaşması problemlərinin həlli haqqında” Azərbaycan Respublikası Prezidentinin 23 avqust 2001-ci il tarixli Fərmanıdır və bu Fərman bu gün də qüvvədədir. Sizdən xahişimiz: kim sizə desə ki, siz daha qaçqın deyilsiniz və sizin qaçqınlıq statusunuz ləğv olunub, onda bu sənədi soxun onun gözünə.

“Erməni millətçilərinin apardığı etnik təmizləmə nəticəsində Ermənistan ərazisindəki öz tarixi torpaqlarından didərgin salınmış azərbaycanlıların məskunlaşması problemlərinin həlli haqqında” Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Ermənistan Respublikasından didərgin salınmış azərbaycanlıların daimi məskunlaşması problemlərinin və bununla bağlı digər məsələlərin həlli məqsədilə qərara alıram:

1. Etnik təmizləmə nəticəsində Ermənistan Respublikasından didərgin salınmış azərbaycanlılara Azərbaycan Respublikası Prezidentinin 13 noyabr 2000-ci il tarixli 419 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Qaçqın statusu verilməsi haqqında vəsatətə baxılması qaydası” əsasında verilən “Qaçqın” statusu qüvvəsində saxlanılsın.

Femida.az

Açar sözlər:

Oxunub: 3089