Ömürlük azadlıqdan məhrum olunmuşlar əfv oluna bilərmi?- Hüquqi şərh

Ömürlük azadlıqdan məhrum olunmuşlar əfv oluna bilərmi?- Hüquqi şərh

11:19     04 Mart 2017 Hebsxana%20qarshısında%20ana%20feryadı.jpg


Femida.az vətəndaşlara hüquqi yardım layihəsini davam etdirir. Bu dəfə araşdırdığımız mövzu əfv ilə bağlıdır.


Kimlər əfv olunmaq üçün müraciət edə bilər?

Mövzu ilə bağlı Femida.az-ın suallarını vəkil Asif Abdullayev cavablandırıb.





“İlk növbədə qeyd etmək istəyirəm ki, əfvetmə şəxsə bəraət qazandıran və cinayətin törədilməsi faktını aradan götürən hal deyil. Əfvetmə məhkum olunmuş şəxsə göstərilən humanizmin təzahürüdür.

Əfv zamanı, məhkum edilmiş şəxsə qarşı bunlardan biri tətbiq edilə bilər :

1. Məhkum cəzasının qalan hissəsini çəkməkdən azad edilə bilər;
2. Məhkuma təyin olunmuş cəzanın müddəti azaldıla bilər;
3. Məhkumun cəzasının çəkilməmiş hissəsi daha yüngül cəza növü ilə əvəz edilə bilər.

Aşağıda qeyd edilən müddətdə əfv üçün müraciət etmək olar :

1. islah işləri, intizam xarakterli hərbi hissədə saxlama, hərbi xidmət üzrə məhdudlaşdırma və böyük ictimai təhlükə törətməyən cinayətə görə azadlıqdan məhrum etmə növündə cəzaya məhkum olunmuş şəxs barədə – hökm qanuni qüvvəyə mindikdən sonra;

2. az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etmə növündə cəzaya məhkum edilmiş şəxs barədə – cəza müddətinin ən azı üçdə bir hissəsini çəkdikdən sonra;

3. ağır və xüsusilə ağır cinayət törətməyə görə azadlıqdan məhrum etmə növündə cəzaya məhkum edilmiş şəxs barədə – cəza müddətinin ən azı yarısını çəkdikdən sonra;

4. ömürlük azadlıqdan məhrum etmə növündə cəzaya məhkum olunmuş şəxs barədə – cəzanın on il müddətini çəkdikdən sonra;

5. məhkumluğun götürülməsi barədə – məhkum olunmuş şəxs cəzanı çəkdikdən sonra.

Əfvetmə haqqında Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə həmçinin ömürlük azadlıqdan məhkum olunmuş şəxsin cəzası 25 ildən çox olmayan müddətə azadlıqdan məhrum etmə cəzası ilə əvəz edilə bilər, habelə cəzanı çəkmiş şəxsin məhkumluğu götürülə bilər.

Əfvetmə Azərbaycan Respublikası məhkəmələri tərəfindən məhkum edilmiş şəxslərə və ya başqa dövlətlərin məhkəmələri tərəfindən məhkum olunmuş və cəzalarını Azərbaycan Respublikasında çəkən Azərbaycan Respublikası vətəndaşlarına, əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə tətbiq edilə bilər.



Miri Məcidli
Femida.az




Açar sözlər:

Oxunub: 9506