PKK ilə 24 saatlıq atəşkəs elan olundu


19:42     04 Mart 2017 pkk%20pesmerge.jpg

İraqın Mosul bölgəsinin Sincər rayonunda peşmərgələrlə PKK arasında 24 saatlıq atəşkəs təmin olunduğu bildirilib.


Bu barərə İraq Kürd Muxtar Regionu rəhbəri Məsud Bərzaninin baş məsləhətçisi Hemin Havrami məlumat verib. Havrami "Twitter" hesabından verdiyi açıqlamada "Peşmərgə komandirləri və Sincərdəki PKK-çılar arasında görüş nəticəsində Sincərin Sinun bölgəsində 24 saatlıq atəşkəs razılığına gəlinib.

Peşmərgə və PKK arasında gərginliyin həlli üçün sabah da iclas keçiriləcək. PKK peşmərgəyə mane olmağı təkrar etməməlidir", - deyə qeyd olunub.

Femida.az

Açar sözlər:

Oxunub: 1172