“Taliban” komandiri öldürüldü


19:02     04 Mart 2017 taliban6.jpg

ABŞ-a məxsus döyüş təyyarəsi Əfqanıstanda “Taliban” terrorçu qruplaşmasına qarşı hərbi əməliyyat keçirib.


Hərbi əməliyyat zamanı “Taliban” terrorçu qruplaşmasının komandirlərindən olan Qari Abdulla Meyrac öldürülüb.

Hərbi əməliyyat Əfqanıstanın Pakistanla sərhədindəki Xost vilayətində dünən baş tutub.

Faktı ABŞ Müdafiə Nazirliyi də təsdiqləyib.

“Taliban”dan isə hələ ki, hadisə barədə açıqlama verilməyib.

Femida.az

Açar sözlər:

Oxunub: 1014