İftardan sonra qızı zorladılar


01:42     05 Avqust 2015 1426327212537.jpg

Ədalət və İnkişaf Partiyasının (AKP) Gənclik Qolları sədri 22 yaşlı qızı zorlayıb.


Femida.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, hadisə 22 iyul axşamı iftar yeməyindən sonra baş verib. Belə ki, AKP-nin Gənclik Qollarının sədri olan İ.K Gənclik Qollarının üzvü R.M adlı qızı qəhvə içmək adı ilə ofisinə aparıb, daha sonra zorlayıb.

Zorlandığına görə depressiyaya düşən qız bir qutu dərman qəbul edərək intihar etmək istəyib.

Hadisədən xəbər tutan qızın anası və qardaşı İzmirdəki dövlət xəstəxanalarından birinə yerləşdiriblər. Hadisə ilə bağlı polis dərhal əməliyyat keçirərək I.K-nı saxlayıb. Onun iş yerindəki kompüterləri və gizli kameraları müsadirə edib. Lakin AKP-li şəxslər Polis İdarəsinə təzyiq göstərərək hadisəni ört-basdır etdirməyə çalışıb. Prokurorluğun göstərişi ilə I.K-nın ifadəsi alınaraq sərbəst buraxılıb.

Hazırda faktla bağlı araşdırma aparılır.

Şahverdi Şirinli
Femida.az

Açar sözlər:

Oxunub: 4367


Oxşar xəbərlər