ABŞ Azərbaycanı dəstəklədi


03:21     05 Avqust 2015 abs5.jpg

ABŞ-ın Azərbaycandakı müvəqqəti işlər vəkili Derek Hoqan Azərbaycan nəqliyyat nazirinin müavini Musa Pənahovla görüşüb.


Femida.az - ın ABŞ-ın Azərbaycandakı səfirliyinin məlumatına istinadən verdiyi xəbərə görə, görüşdə ABŞ-ın bölgə ticarətinə dəstəyi məsələsi müzakirə edilib.

Bildirilib ki, ABŞ Azərbaycanın bölgənin nəqliyyat mərkəzi olmaq səyini dəstəkləyir, inkişaf etmiş ticarətin bütün bölgəyə bəhrə verə biləcəyini hesab edir. Həmçinin qeyd olunub ki, bölgə ticarətinin inkişafı ABŞ-ın Azərbaycan iqtisadiyyatının diversifikasiyası üçün verdiyi dəstəyin vacib hissəsidir.

Açar sözlər:

Oxunub: 1253