Ərdoğanla Putinin kritik görüşü gözlənilir


04:34     05 Avqust 2015 rd7.jpg

Bu ilin payızında Rusiya Prezidenti Vladimir Putin ilə Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanın görüşü olacaq və prezidentlər “Türk axını” qaz boru kəməri layihəsini müzakirə edəcəklər.


AZƏRTAC “energyworldmag.com” saytına istinadla xəbər verir ki, bu barədə Rusiya Federasiyası prezidentinin mətbuat katibi Dimitri Peskov məlumat verib.

“Türk axını” layihəsi ilə 63 milyard kubmetr Rusiya qazının Türkiyədən keçməklə Avropaya çatdırılması nəzərdə tutulur. Bu həcmin 47 milyard kubmetri Avropanın, 16 milyard kubmetri isə Türkiyənin daxili tələbatının ödənilməsi üçün istifadə olunacaq.

Açar sözlər:

Oxunub: 836