Elmira Süleymanova vəzifədən gedir
16:18 09 Mart 2017
Azərbaycanın İnsan hüquqları üzrə müvəkkili (ombudsman) Elmira Süleymanovanın səlahiyyət müddəti başa çatıb.
Femida.az-ın Ölkə.Az-a istinadən məlumatına görə, 2010-cu il martın 5-dən müvəkkil seçilən E.Süleymanovanın səlahiyyət müddəti 2017-ci il martın 5-də bitib.
"Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (ombudsman) haqqında" qanununa əsasən, müvəkkil 7 il müddətinə seçilir və eyni şəxs müvəkkil vəzifəsinə iki dəfədən artıq seçilə bilməz. Elmira Süleymanova da iki dəfə-2002-ci il və 2010-ci ildə Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (ombudsman) seçilib.
Qanunvericilikdə qeyd edilib ki, müvəkkilin səlahiyyətlərinin bitməsinə 30 gün qalmış Azərbaycan Prezidenti Milli Məclisə yeni müvəkkilin seçilməsi üçün üç şəxsin namizədliyini təqdim edir. Milli Məclis 15 gün müddətində müvəkkilin seçilməsi ilə bağlı müvafiq qərar qəbul edir.
Qeyd edək ki, Milli Məclisin martın 7-də keçirilən plenar iclasında deputatlar ombudsmanın 2016-cı il üzrə illik məruzəsini sərt tənqid ediblər.
Femida.az
Oxunub: 1894
Oxşar xəbərlər
- Elmira Süleymanova Ərdoğanla görüşüb
- Elmira Süleymanova Edvard Karvardini ilə görüşüb
- Elmira Süleymanova məhbuslarla görüşüb
- Elmira Süleymanova ATƏT PA-nın sədri ilə görüşüb
- Elmira Süleymanovaya “Şərəf” ordeni verildi
- Elmira Süleymanova erkən nikahlardan danışdı
- Elmira Qafarovanın doğma qızının FOTOSU - ÖZƏL
- Elmira Qafarovanın müşavirindən - ŞOK AÇIQLAMA