“Atam gəldi” faciəsi ilə bağlı ŞOK OLAY


19:36     05 Avqust 2015 45.Jpeg

12-ci mərtəbədən özünü aşağı atan gənclə bağlı yeni iddialar ortaya çıxıb.


Bir neçə gün əvvəl hadisə ilə bağlı məlumat vermişdik. Belə ki, sevgilisinin dəvəti ilə Əhməd Qaraqurd adlı gənc sevgilisinin evinə çay içməyə gedir. Evdə çay içərkən birdən qızın atası evə gəlir və Əhməd panikaya düşərək balkonda gizlənir. Bu zaman ata da hava almaq üçün balkona çıxır. Bunu görən Əhməd qızın atasından gizlənmək üçün balkonun dəmirlərindən aşağı sallanır. Nəticədə, qolu taqətdən düşən Əhməd özünü 12-ci mərtəbədən aşağı atır.

Lakin yeni iddialar Əhmədin özünü balkondan atmasına işarə edir. Belə ki, Əhmədin bacısı Gizəm Qarabulut Əhmədin 12-ci mərtəbədən kiminsə təzyiqi ilə atıldığı faktını irəli sürüb. Gizəm bildirib ki, Əhməd balkondan düşdükdən sonra onun ayaqqabıları da arxadan birisi tərəfindən aşağı atılıb:

“Düşünürəm ki, yetkin şəxsin özünü balkondan yıxılması ağlabatan deyil. Bu işin içində başqa nüanslar var: “Qardaşımın ölümündə kimin günahı varsa, cəzalandırılmalıdır. Mən qardaşıma zəng edəndə “TOKİ – dəyəm bir azdan gələcəyəm” demişdi. Daha sonra dostları gəldi və Əhmədin öldüyünü bildirdilər. Eşitdiyimə görə, sevgilisi Əhmədə zəng edərək “Evdə heç kim yoxdur. Özümü yaxşı hiss eləmirəm. Gəl, çay içək” deyib. Təbii ki, bunlar bizim eşitdiklərimizdir. Biz görməmişik, amma düşünürəm ki, Əhməd şəkildə aşağı atılıb. Mənim qardaşım özünü 12-ci mərtəbədən atacaq qədər ağılsız deyil. O heç vaxt bu yola əl atmaz”

Xatırladaq ki, faktla bağlı Kayseri Polis Şöbəsində cinayət işi açılıb, araşdırmalar davam etdirilir.

Femida.az

Açar sözlər:

Oxunub: 2361


Oxşar xəbərlər