Qobustanda regional müşavirə keçirildi


16:02     10 Mart 2017 1489131968_700x390.jpg

Qobustan rayonunda Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Fitosanitar Nəzarəti Xidmətinin və Xidmətin yerli qurumlarının - rayon bitki mühafizəsi mərkəzlərinin, bitkilərin karantin məntəqələrinin əməkdaşlarının, bələdiyyələrin, icra nümayəndələrinin, torpaq mülkiyyətçilərinin və fermerləriniştirakı ilə “Dağlıq Şirvan bölgəsinin mədəni əkinlərində fitosanitar vəziyyətin təhlili və siçanabənzər gəmiricilər əleyhinə mübarizə tədbirlərinin həyata keçirilməsinin elmi-praktiki əsasları”na dair I regional müşavirə keçirilib.


Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Fitosanitar Nəzarəti Xidmətinin mətbuat katibliyindən Femida.az-a verilən məlumata görə, müşavirəni giriş sözü ilə açan Qobustan rayon İcra Hakimiyyətinin başçısı Adil Məmmədov 2016-cı ildə Azərbaycan respublikasında kənd təsərrüfatının inkişafı sahəsində naliyyətlər barədəətraflı məlumat verib.

RİH başçısı bildirib ki, keçirilən müşavirə kənd təsərrüfatına zərər vuran zərərli orqanizmlərə, xüsusilə də siçanabənzər gəmiricilərə qarşı aparılan mübarizəyə öz töhfəsini verə bilər: “Kənd təsərrüfatı bitkilərinin zərərli orqanizmlərdən mühafizəsi və məhsuldarlığın yüksəldilməsi məqsədi ilə Kənd Təsərrüfatı Nazirliyi tərəfindən həyata keçirilən mübarizə tədbirləri tədqirəlayiqdir”.

Kənd Təsərrüfatı Nazırliyi yanında Dövlət Fitosanitar Nəzarəti Xidmətinin rəisi Camal Quliyev “Karantin və xüsusi təhlükəli orqanizmlərə qarşı mübarizə tədbirlərinin gücləndirilməsi və fitosanitar vəziyyətin təhlili mövzusunda çıxış edib.

Camal Quliyev qeyd edib ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin səyi nəticəsində respublikada qeyri-neft sektorunun inkişafı prioritet vəzifələrdən biri kimi müəyyən edilib: “Bu sektorun aparıcı sahələrindən olan aqrar sahənin inkişaf etdirilməsi bizim qarşımızda mühüm vəzifə kimi qoyulub. Son illərdə Prezident İlham Əliyev tərəfindən aqrar sahəyə göstərilən dövlət qayğısı nəticəsində kənd təsərrüfatı məhsulları istehsalının həcmində nəzərəçarpan artım müşahidə edilməkdədir. Bu dakeyfiyyətli kənd təsərrüfatı məhsullarının istehsalına və ölkənin ixrac potensialının artırılmasına öz töhfəsini verir. Son illər Dövlət Xidmətinin çevik idarəetmə strukturunun formalaşdırılması, respublika ərazisində fitosanitar sabitliyin qorunub saxlanılması, qeyri-dövlət fitosanitar xidməti subyektlərinin inkişafının dəstəklənməsi nəticəsində bitkiçilik məhsullarının istehsalının artırılması, keyfiyyət göstəricilərinin yaxşılaşdırılması və digər istiqamətlərdə ciddi addımlar atılıb”.

Bölgədə mövcud fitosanitar vəziyyəti ətraflı təhlil edən Dövlət Xidmətinin rəisi, karantin və xüsusi təhlükəli orqanizmlərə qarşı mübarizə tədbirlərinin gücləndirilməsi ilə bağlı fikirlərini və tövsiyyələrini mütəxəssislərin və fermerlərin diqqətinə çatdırıb.

Tədbirdə Dövlət Fitosanitar Nəzarəti Xidmətinin rəis müavini Yaqub Cəfərov “Siçanabənzər gəmiricilər və onlar əleyhinə mübarizənin təşkili”, Dövlət Xidmətinin Respublika Bitki Mühafizəsi Mərkəzinin rəisi vəzifəsini icra edən Daməd Sultanov isə “Kimyəvi mübarizə tədbirlərinin tətbiqi zamanı qarşıya çıxan problemlər və onların həlli yolları” mövzularında çıxış ediblər.

Sonra müşavirə iştirakçıları, onları narahat edən problemlərlə bağlı Dövlət Xidməti mütəxəssislərinə suallar ünvanlayıblar. Mütəxəssislər problemlərin həlli istiqamətində məsləhətlər veriblər.

Tədbirin sonunda torpaq mülkiyyətçiləri və fermerlər kənd təsərrüfatının inkişafına göstərilən dövlət dəstəyinə görə Respublika Prezidenti cənab İlham Əliyevə minnətdar olduqlarını bildiriblər.

Femida.az

Açar sözlər:

Oxunub: 1335