1 erməni hərbçi öldü, 2 nəfər yaralandı


19:01     05 Avqust 2015 3a6d018c-8146-4b66-a383-c89acefb4861.jpg

Ermənistanda hərbçi avtomobil qəzasına düşərək ölüb.


Femida.az-ın news.am saytına istinadən verdiyi xəbərə görə, Sisian-İrəvan yolunda DAF yük maşını ilə “Opel” markalı avtomobil toqquşub.

Qəza nəticəsində avtomobillərdən birində olan sərnişin, 31 yaşlı hərbi qulluqçu Arsen Unanyan xəsarət alıb. O, xəstəxanaya çatdırılsa da, orada ölüb. Hadisə nəticəsində 2 nəfər xəsarət alıb. Həkimlərin sözlərinə görə onların vəziyyəti orta ağır kimi qiymətləndirilir.

Açar sözlər:

Oxunub: 2068