Ankaranın qana boyanmasından 1 il ötür


14:40     13 Mart 2017 ankara-patlama3.jpg

Ankaranın mǝrkǝzi hesab edilǝn Kızılayda törǝdilǝn xain terror hücumundan bir il ötür.


Femida.az xəbər verir ki, 13 martda yerli vaxtla saat 18.45-də Kızılay Güvenparkdakı avtobus dayanacaqlarının olduğu yerdǝ bomba yerlǝşdirilmiş avtomobillə törǝdilǝn xain hücum nǝticǝsindǝ iki avtobus, çox sayda avtomobil yanıb.

Ətrafdakı binaların şüşələri qırılıb. Hadisənin ardından çıxan yanğın qısa müddətdə söndürülüb. Hadisǝdǝn sonra piyada və avtomobil get-gǝlinǝ bağlanan bölgǝyǝ xeyli sayda təcili yardım və xilasetmə dǝstǝlǝri cǝlb olunub.

Terror əticəsində nǝticǝsindǝ 38 nǝfǝr hǝyatını itirib. 19-u ağır olmaqla 125 nəfər yaralanıb. Ölənlərdən ikisinin komikadze olub.

Femida.az

Açar sözlər:

Oxunub: 957