Şairin öldürülən oğlu birinci arvadından imiş - Yeni faktlar

Şairin öldürülən oğlu birinci arvadından imiş - Yeni faktlar


17:25     14 Mart 2017 fikret-qocaaa_1489479944.jpg

Xalq şairi Fikrət Qocanın qətlə yetirilən oğlu barədə Femida.az məlumat əldə edib.


1963-cü il təvəllüdlü Yalçın Fikrət oğlu Qocayev xalq şairinin birinci həyat yoldaşı olan Rəna xanımdan olan oğlu imiş. Rəna xanım Siyəzənli şair Rüfət Zəbioğlunun bacısıdır.

Rəna xanımla ayrılanda Fikrət Qocanın 36 yaşı olub. Həmin vaxt xalq şairi 21 yaşında olan Raya xanımla ailə həyatı qurub. Bu nikahdan onların iki qız övladı dünyaya gəlib. Onlar Günay və Gülay bacılarıdır.

Böyük qızı Günay Qocayeva 1972-ci ildə Bakı şəhərində dünyaya gəlib. Orta məktəbi bitirdikdən sonra BDU-nun şərqşünaslıq fakültəsinə qəbul olunub. 1993-cü ildə oranı türkoloq kimi başa vurub. Bir müddət Azərbaycan Yazıçılar Birliyində kitabxanaçı, sonradan kitabxana müdirəsi vəzifələrində çalışıb. 2004-cü ildən ABŞ-ın İndiana Ştatında yaşayır. Ailəlidir, Pərviz adında oğlu var. Həyat yoldaşı Corc milliyətcə ingilisdir.



(Fikrət Qocanın ABŞ-da yaşayan qızı və nəvəsi)

Qeyd edək ki, qətlə yetirilən Yalçın Qocayev 1996-cı ildən diplomatlıq fəaliyyətinə başlayıb. Həsən Həsənov xarici işlər naziri olduğu dövrdə ikinci katib vəzifəsində işləyib. Daha sonra birinci katib, idarə rəisi, nazirliyin katibliyinin rəhbəri vəzifələrində çalışdıqdan sonra Ukrayna, Belorusiya, Moldova ölkələri üzrə səfirliyə siyasi məsələlər üzrə birinci katib işləyib. Daha sonra Azərbaycana qayıtdıqdan sonra ərizəsi ilə nazirlikdən uzaqlaşıb. Yalçın Qocayev evli olub, üç övladı var.


Miri Məcidli
Femida.az



Açar sözlər:

Oxunub: 9920