İŞİD Merkeli təhdid etdi


03:59     06 Avqust 2015 nsa-sadece-merkeli-dinlememis_1733146_720_400.jpg

İŞİD qruplaşması Almaniya və Avstriyada terror aktları həyata keçirmək niyyətində olduğu barədə video yayıb. Videoda həmçinin Almaniya kansleri Anqela Merkel ölümlə hədələnib.


APA-nın məlumatına görə, bu barədə “Die Welt” nəşri yazıb.

Sübut üçün silahlılar iki girovu edam edib. Edam İŞİD-in ələ keçirdiyi Suriyanın Palmira şəhərində baş tutub.

Qeyd olunur ki, silahlılar video görüntülərdə ilk dəfə olaraq alman dilində danışıb. Bu isə terrorçuların sırasında almaniyalı və avstriyalı cihadçıların olduğundan xəbər verir.

Açar sözlər:

Oxunub: 1053