İŞİD bu şəhəri də ələ keçirdi


14:08     06 Avqust 2015 isid.201411281440246.jpg

İŞİD terror qruplaşmasının silahlıları Suriyanın qərbində yerləşən Əl- Qaryatayn şəhərini ələ keçiriblər.


APA-nın RİA Novosti agentliyinə istinadən verdiyi xəbərə görə, Suriyada İnsan Haqları üzrə Müşahidə mərkəzinin (SOHR) məlumatında belə deyilir.

Məlumata əsasən, avqustun 5-də, səhər saatlarında şəhərin girəcəyində 3 terrorçu-kamikadze Suriya hökumət qoşunlarının nəzarət-keçid məntəqəsi qarşısında özünü partladıb. Bundan sonra şəhərə hücum başlayıb. Şiddətli döyüşlər zamanı 37 suriyalı hərbçi və 23 terrorçu həlak olub.

SOHR qeyd edir ki, strateji əhəmiyyətli Əl- Qaryatayn silahlıların nəzarəti altında olan qədim Palmira şəhəri və Kalamun bölgəsi arasında yerləşir.

Açar sözlər:

Oxunub: 991