Birinci xanım Şimali Koreyaya gedib


14:30     06 Avqust 2015 Widow-of-SKorea-President-Kim-Dae-jung-confirmed-to-visit-Pyongyang.jpg

Cənubi Koreyanın keçmiş prezidenti Kim Dae-jung –un arvadı Şimali Koreyaya “sülhməramlı” səfər edib.


Femida.az BBC-yə istinadən xəbər verir ki, şəxsi səfərlə Şimali Koreyaya getmiş Lee Hee-ho –nun ölkənin lideri Kim Jong-un da daxil olmaqla, yüksək rəsmi şəxslərlə görüşüb-görüşməyəcəyi məlum deyil. 2000-ci ildə Dae-jung iki ölkə arasında barışıq danışıqlarına başlamışdı. Daha sonra o, bu cəhdlərinə görə Nobel mükafatına layiq görülüb.

2009-cu ildə ölmüş eks prezident Dae-jung Pxenyanla yaxınlaşmanın tərəfdarı idi.
Onun Kim Jong-un –un atası və keçmiş lider Kim Jong-il –lə görüşü iki Koreya arasında müvəqqəti yaxşı münasibətlərə səbəb olmuşdu.

“Lee, iki Koreyanın 70 illik ayrılığın ardından yaraları sağaldacağına ümid etdiyini bildirib və əməkdaşlığı təbliğ edir,” səfəri təşkil etmiş Kim Dae-jung Sülh Mərkəzinin nümayəndəsi Kim Sung-jae bildirib, Yonhap xəbər agentliyi bildirir.

Lee Hee-ho -nun rəsmi bələdçisi bildirib ki, o, səfər çərçivəsində doğum evini, yetimlər evini və uşaq hospitalını ziyarət edəcək.

Açar sözlər:

Oxunub: 1225