İstanbul faciədən döndü (VİDEO)


15:11     06 Avqust 2015 30715087.jpg

Türkiyənin İstanbul şəhərində bomba həyəcanı yaşanıb.


Femida.az xəbər verir ki, Okmeydan adlanan ərazidə şübhəli əşya İstanbul polisini ayağa qaldırıb. Naməlum əşyanın yaxınlığında isə "Qatil dövlət hesab verəcək" yazısı olan plakatın asılması istanbulluları daha da təşvişə salıb. Yaxınlıqdakı insanlar təcili olaraq ərazidən uzaqlaşdırılıb, meydan avtomobillərin hərəkəti üçün bağlanıb.

Əraziyə dərhal sapyor gətirilib. Şübhəli əşyanın içərisindən balon və içki butulkası çıxarılıb. Aparılan araşdırma nəticəsində məlum olub ki, butulkanın içərsində bomba olub. Aşkar edilən əşyalar analiz üçün polis tərəfindən götürülüb.


Açar sözlər:

Oxunub: 1351