Goranboyda akkumulyator partlayıb - Xəsarət alan var


21:56     18 Mart 2017 tecili_2374567.jpg

Goranboy sakini partlayış zamanı xəsarət alıb.


Baxçakürd kənd sakini, 1970-ci il təvəllüdlü Namiq Nəzərov avtomobilinin akkumulyatorunu benzinlə yuyarkən partlayış baş verib.

Nəticədə N. Nəzərov əlin və üz nahiyəsinin 1 və 2-ci dərəcəli yanıq xəsarəti alaraq xəstəxanaya yerləşdirilib. Ona tibbi yardım göstərilib.

Vəziyyətinin normal olduğu bildirilir.

Femida.az

Açar sözlər:

Oxunub: 696