Ermənilərin sayı azalır (FOTO)


16:21     06 Avqust 2015 7c51e7093301108f0321a3c772eca100.jpg


Son bir ayda Ermənistanda doğum sayı azalıb. Bu barədə ölkənin Milli Statstika Xidmətinin demoqrafik bölməsinin müdiri Karine Kuyumdjyan bildirib.

Femida.az-ın məlumatına görə, o, 2015-ci ilin 6 ayı ərzində hazırlanmış hesabatı jurnalistlərə təqdim edib və deyib ki, respublikada təbii artımın azalması qeydə alınıb. Doğum sayı çox düşüb. Bu ilin ilk yarısında ölkədə 18719 uşaq doğulub. 2014-cü ilin eyni dövründə 19249 uşaq dünyaya gəlib. Bu isə 2,8% azalma deməkdir.

Ermənistan əhalisinin ümumi sayında da 2014-cü illə müqayisədə azalma var. Bu miqrasiyanın doğurduğu mənfi saldonun nəticəsidir. Rəsmi statistikaya görə, 2015-ci il iyulun 1-nə əhalinin sayı 3 milyon 5500 insan təşkil edir. Amma bu rəqəm 2014-cü ildə 3 milyon 9800 nəfər olub. Nəticədə əhali 4300 nəfər azalıb.



Açar sözlər:

Oxunub: 1269