Türkiyədən acı xəbər gəldi - 2 şəhid var


19:58     19 Mart 2017 1440398928_sehid-turk.jpg

Türkiyə Silahlı Qüvvələrinin həftə ərzində istər ölkə daxilində, istərsə də Suriyanın şimalında keçirdiyi əməliyyatlar zamanı 30-dan çox terrorçu məhv edilib.


Femida.azAnadolu" agentliyinə istinadən xəbər verir ki, bu barədə Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat yayıb.
Baş Qərargahdan bildirilib ki, ötən həftə Türkiyənin Diyarbəkir, Bingöl, Siirt, Batman, Bitlis, Hakkari və Şırnak vilayətllərində keçirilmiş antiterror əməliyyatları zamanı PKK-nın 28 terrorçusu məhv edilib.
Terror qruplaşmasının Suriya qanadı PYD-nin daha 5 yaraqlısı isə Suriyanın şimalında keçirilən "Fərat qalxanı" əməliyyat çərçivəsində məhv edilib. Bununla yanaşı, 2 015 kvadratmetrlik ərazi azad terrorçulardan olunub. Habelə 243 yaşayış məntəqəsinə nəzarət təmin olunub.
Əməliyyatlar zamanı 2 türk hərbçisi şəhid olub, 5 nəfər yaralanıb.

Açar sözlər:

Oxunub: 4840