Zaqatalada çaqqal insanlara hücum etdi - yaralılar var


17:28     06 Avqust 2015 1412071870_agdash-sakinlerine-vehshi-heyvan-hucum-edib-cenubnews.jpg

Azərbaycanın Zaqatala rayonunda çaqqal sakinlərə hücum edib.


Femida.az APA-ya istinadən xəbər verir ki, hadisə bu gün səhər saatlarında Zaqatala şəhəri ərazisində qeydə alınıb. Şəhərin küçələrindən birində çaqqal işə gedən insanlara hücum edib. Nəticədə 6 nəfər şəhər sakini Zaqatala Mərkəzi Rayon Xəstəxanasına müraciət edib.

Xəstəxananın poliklinika şöbəsinin müdiri Məmmədrəsul Teyyubov APA-nın yerli bürosuna 6 nəfərin vəhşi heyvanın hücumuna məruz qalması şikayəti ilə xəstəxanaya müraciət etməsi faktını təsdiqləyib. O bildirib ki, həmin şəxslərə quduzluq əleyhinə peyvənd vurulub və əlavə tibbi yardım göstərildikdən onlar sonra evə buraxılıblar.

Açar sözlər:

Oxunub: 1361