6500 amerikalı Azərbaycana gəlib


02:19     07 Avqust 2015 publika.az141525849831446EC2-3977-4F77-9644-8EC0075FB670_cx0_cy5_cw0_mw1024_s_n_r1.jpg

2015-ci ilin yanvar-iyun ayları ərzində Azərbaycanın sərhəd-buraxılış məntəqələrindən keçən şəxslərin sayı 5761,2 min nəfər olub.


Femida.az-ın Statistika Komitəsinə istinadən məlumatına görə, onların 66,3 % Azərbaycan, 10,4% Rusiya, 10,1% Gürcüstan, 5,2% Türkiyə, 2,5% İran, 0,9% Ukrayna, 0,7% Böyük Britaniya, 0,4% Qazaxıstan, 0,3% Özbəkistan, 0,3% Almaniya, 0,2% Amerika Birləşmiş Ştatları, 0,2% İtaliya, 0,2% Belarus və 2,3% digər ölkələrin vətəndaşlarıdır.

Azərbaycana 6500 amerikalı gəlib

Cari ilin ilk altı ayı ərzində ölkəmizə gələn xarici vətəndaşların sayı 973,5 min nəfər olub.Onların 310,7 min nəfəri Rusiya, 283,4 min nəfəri Gürcüstan, 148,2 min nəfəri Türkiyə, 72,8 min nəfəri İran, 27,2 min nəfəri Ukrayna, 19,4 min nəfəri Böyük Britaniya, 12,5 min nəfəri Qazaxıstan, 7,8 min nəfəri Almaniya, 6,5 min nəfəri Amerika Birləşmiş Ştatları, 85,0 min nəfəri isə digər ölkələrin vətəndaşlarıdır. Bu dövrdə ölkəmizə gələn xarici vətəndaşların ümumi sayında Rusiya, Gürcüstan, Türkiyə və İran vətəndaşlarının xüsusi çəkisi daha çox olub və müvafiq olaraq 31,9%, 29,1%, 15,2% və 7,5% təşkil edib.

Yunanıstan, Hollandiya və Fransadan gələnlər artıb

2014-cü ilin müvafiq dövrü ilə müqayisədə ölkəmizə gələn Slovakiya, Portuqaliya, Yunanıstan, Lüksemburq, Serbiya, Sloveniya, Finlandiya, Belçika, İsveçrə, İtaliya, Çexiya, İspaniya, İrlandiya, Avstraliya, Rumıniya, Niderland, Belarus, Almaniya, Avstriya, Bolqarıstan, Fransa vətəndaşlarının sayında daha çox artım müşahidə olunub. ABŞ, Rusiya, Gürcüstan, Türkiyə, Qazaxıstan, Macarıstan, Çin vətəndaşlarının sayında isə azalma qeydə alınıb.

2 milyona yaxın azərbaycanlı xaricə gedib

2015-ci ilin birinci yarısında xarici ölkələrə gedən Azərbaycan vətəndaşlarının sayı 1919,2 min nəfər olub.

Açar sözlər:

Oxunub: 1193


Oxşar xəbərlər