78 yaşlı kişi dənizdə batdı


21:32     06 Avqust 2015 53d3ee65-c33f-4e1b-a46d-2706244f0533.jpg

Bakıda daha bir nəfər dənizdə batıb.


Səbail rayon Polis İdarəsindən APA-ya verilən məlumata görə, hadisə “1001 Gecə” restoranının çimərliyində qeydə alınıb. 1937-ci il təvəllüdlü Güloğlan İsgəndər oğlu İsmayılov dənizdə çimərkən boğulub. Onun meyiti sudan çıxarılıb.

Faktla bağlı araşdırma aparılır.

Açar sözlər:

Oxunub: 1553