Putin daha bir əraziyə iddia edir


23:12     06 Avqust 2015 Putin.jpg

Rusiya Şimal qütbünün 1,2 milyon kvadrat kilometrlik sahəsinə iddia edərək yenidən BMT-yə müraciət edib.


Femida.az dünya mətbuatına istinadən xəbər verir ki, bu barədə Rusiyanın Xarici İşlər Nazirliyi bəyanat yayıb.

Bəyanatda beynəlxalq dəniz hüququna görə qitənin sahil xəttindən 350 dəniz mili uzaqlıqdakı Şimal qütbünün Rusiyaya verilməsi tələb edilib.

Qeyd edək ki, Rusiya 2002-ci ildə də BMT-yə oxşar müraciəti etmiş, lakin kifayət qədər məlumat olmadığı üçün bu istək rədd edilmişdi.

Şahverdi Şirinli
Femida.az

Açar sözlər:

Oxunub: 1513