Bu kəndə ilk dəfə qaz verilib


02:00     07 Avqust 2015 1432729161_qaz.jpg

Femida.az SOCAR-ın saytına istinadən xəbər verir ki,bu gün Lerik rayonunun Aşağı Ambudərə kəndinə ilk dəfə olaraq təbii qaz verilib.


Bu münasibətlə keçirilmiş tədbirdə rayon İcra Hakimiyyətinin və “Azəriqaz” İstehsalat Birliyinin təmsilçiləri, ictimaiyyət nümayəndələri iştirak ediblər.

Bildirilib ki, 55 abonenti olan kəndin qazlaşdırılması məqsədilə birpilləli sistem əsasında ümumi uzunluğu 5529 metr olan muxtəlif diametrli polad və polietilen borularla daşıyıcı və məhəllədaxili qaz xətləri çəkilib, mənzillərə 55 ədəd sayğac və fərdi tənzimləyici quraşdırılıb.

Tədbirdə çıxış edənlər kəndə ilk dəfə təbii qazın verilməsinə görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə minnətdarlıqlarını bildiriblər.

Açar sözlər:

Oxunub: 713