Məscid partladıldı - 17 ölü


00:27     07 Avqust 2015 camiye-hain-saldiri-kan-su-oldu-akti_x_7575598_65.jpg

Səudiyyə Ərəbistanının cənub qərbindəki Ebha şəhərindəki məsciddə terror aktı törədilib.


Hadisə nəticəsində ən azı 17 nəfər həlak olub. Partlayış məsciddə daxili təhlükəsizliyi təmin edən xüsusi qruplar ibadət edirkən törədilib.

Hadisəni törədən şəxs bombanı özünə bağlayaraq məscidə daxil olub və partladıb. Bu zaman təhlükəsizliyi təmin etməli olan şəxslər də namaz qılırmış.

Ölkənin Daxili İşlər Nazirliyindən bildirilib ki, hadisə xüsusi təyinatlıların qərargahında baş verib. Hələlik partlayışla bağlı məsuliyyəti heç bir qruplaşma üzərinə götürməyib./apa/

Açar sözlər:

Oxunub: 850