Şabranda yanğın


02:48     07 Avqust 2015 88711.jpg

Şabranda yanğın olub.


Femida.az Fövqəladə Hallar Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, hadisə rayonun Şahnəzərli kəndində (rayon mərkəzindən 14 km aralı) qeydə alınıb. Vətəndaşa məxsus ümumi sahəsi 120 kv.m olan birmərtəbəli 3 otaqlı evin dam örtüyünün yanar konstruksiyaları 20 kv.m sahədə yanıb.

Evin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.

Açar sözlər:

Oxunub: 621