Navalnı 15 sutka həbsə məhkum edilib


22:49     27 Mart 2017 navalniy9.jpg

Moskva şəhərinin Tver Məhkəməsi Korrupsiya ilə Mübarizə Fondunun yaradıcısı, müxalifətçi Aleksey Navalnı haqqında 15 sutkalıq inzibati həbs qərarı çıxarıb.


Femida.az-ın RBK-ya istinadən verdiyi məlumata görə, A. Navalnı martın 26-da Moskvada keçirilən etiraz aksiyası zamanı polis tərəfindən saxlanılarkən müqavimət göstərməkdə ittiham olunub. Bu qərardan əvvəl isə müxalifətçi 20 min rubl məbləğində cərimələnib.

Xatırladaq ki, martın 26-da Moskva və Sankt-Peterburq da daxil olmaqla, Rusiyanın 24 şəhərində hökumət əleyhinə etiraz aksiyaları keçirilib.

Femida.az

Açar sözlər:

Oxunub: 823


Oxşar xəbərlər