“Facebook“dan daha bir YENİLİK


14:25     07 Avqust 2015 facebook-31.jpg

“Facebook” “Mentions” əlavəsini yeniləyib ki, bununla da tanınmış insanlar auditoriya ilə ünsiyyət qura biləcəklər.


Trend-in xarici mətbuata istinadən verdiyi məlumata görə, yenilik sayəsində aktyorlar, musiqiçilər, siyasətçilər və digər tanınmış insanlar birbaşa videoyayım aparmaq imkanı əldə ediblər.

Tanınmışların səhifələrinə abunə olan istifadəçilər isə onları “Facebook”un xəbərlər lentində izləyə, efiri şərh edə və bəyəndikləri lent yazılarını dostları ilə paylaşa bilərlər.

Hazırda Serena Uilyams, Marta Stüart, Ceym Oliver, Riki Martin və digər ulduzların səhifələrində videoyayım xidməti işə salınıb.

Açar sözlər:

Oxunub: 1021