MDB Xarici İşlər Nazirləri görüşəcək


16:05     28 Mart 2017 mdb_232745767.jpg

Aprelin 7-də Özbəkistanın paytaxtı Daşkənddə MDB Xarici İşlər Nazirləri Şurasının iclası keçiriləcək.


Femida.az-ın təşkilatın İcraiyyə Komitəsinin saytına istinadən verdiyi məlumata görə, iclasda təşkilat çərçivəsində əməkdaşlığın gələcəkdə daha da möhkəmləndirilməsi yolları, təşkilatın region və dünyada rolunun artırılması müzakirə ediləcək.

Mütəşəkkil cinayətkarlıqla mübarizəni, təşkilatın xarici sərhədlərində böhranlı vəziyyətlərin yaranması və həlli zamanı sərhəd xidmətlərinin və digər qurumların qarşılıqlı fəaliyyəti də müzakirə olunacaq.

Femida.az

Açar sözlər:

Oxunub: 841